Xəbər lenti
18-11-2024, 12:06
 

“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad edib - FOTO

Tarix: 20-01-2023 19:27     Baxış: 941



“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib.

Mubarizciler.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində Təşkilatın idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.


Ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və qürurla yad edilib. Vətənimizin ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş, xalqımızın azadlığını hər şeydən uca tutan qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.

Qeyd edək ki, Gənclər Təşkilatlarının Resurs Mərkəzində “20 Yanvar şahidlərin yaddaşında” adlı anım tədbiri də keçirilib. Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə faciənin canlı şahidləri olan, 1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biri, fotomüxbir Rasim Sadıqov, “20 Yanvar Cəmiyyəti”nin sədri Sultan Əzimzadə, sədr müavini, polkovnik Hikmət Ağayev və 20 Yanvar əlili, Birinci Qarabağ müharibəsi qazisi Valid Hüseynov o qanlı gecədə baş verənlər, həmçinin həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət, milli azadlıq hərakatı və xalqımızın mübarizlik ruhu haqqında gənclərə məlumat verib, öz xatirələrini görüş iştirakçıları ilə bölüşüblər.

Keçirilən silsilə tədbirlər çərçivəsində gənclərin Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş “Unutmadıq, xatırladırıq, yaşadırıq!” sərgisinə ekskursiyası təşkil olunub. Sərgidə gənclər o müdhiş gecəni əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər və şəhid olmuş şəxslərin şəxsi əşyaları ilə yaxından tanış olublar.

Həyata keçirilən ardıcıl tədbirlər zamanı “Qanlı Yanvar”ın tarixi, mənəvi və siyasi aspektləri gənclərin diqqətinə çatdırılıb, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyi, öz suverenliyi uğrunda mübarizəsi yüksək qiymətləndirilib. Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Heç şübhəsiz, dünya ictimaiyyəti Azərbaycan xalqının mübarizə əzminin təntənəsinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı bir daha şahid olub. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yürüdüyü azadlıq yolunu əzmlə qət edərək Vətənimizi bütövləşdiriblər.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar