Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Bu gün gözəl səsə malik olan müğənni Məhəbbət Kazımovun anım günüdür

Tarix: 27-01-2023 21:14     Baxış: 788

Bu gün gözəl səsə malik olan müğənni Məhəbbət Kazımovun anım günüdür

Mubarizciler.az xəbər verir ki, Məhəbbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi kənd təsərrüffatı ilə məşğul olub. Anası Südabə isə evdar xanım idi. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıb. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilib.

Musiqi təhsili alması üçün qohum-əqrəbanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə gedib. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub. İlk muğam dərslərini Nəriman Əliyevdən alıb, sonradan Ağaxan Abdullayevin sinifində oxuyub.

1976-cı ildən peşəkar səhnədə çıxış edib. “Dan Ulduzu” ansamblının solisti olub. Azərbaycanın bir çox konsert salonlarında solo konsertlər verib. Bir sıra xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və s. qastrol səfərlərində olub.

Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyub. Ən çox sevilən mahnılarından biri də “Laçınım”dır.

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.

14 sentyabr 2012-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb.


27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar