Xəbər lenti

Adil Kərimli Xalq artisti, professor Oqtay Mirqasımovla görüşüb 0

Tarix: 13-06-2023 22:49     Baxış: 2 219

Mədəniyyət naziri Adil Kərimli iyunun 13-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, kinodramaturq, Xalq artisti, professor Oqtay Mirqasımovla görüşüb. 

Mubarizciler.az-ın məlumatına görə Sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən nazir onun milli kinematoqrafiyanın inkişafına verdiyi töhfələri xatırladıb. Bildirilib ki, Oqtay Mirqasımovun lentə aldığı ekran əsərləri Azərbaycanın kino salnaməsini zənginləşdirib, özünəməxsus ideya-estetik meyarlarla bu sahənin tərəqqisinə yeni çalarlar bəxş edib.

Qeyd olunub ki, Azərbaycan mədəniyyəti və kinematoqrafiyasının inkişafında mühüm xidmətlərinə görə Oqtay Mirqasımovun daha öncə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunması, iyunun 12-də – doğum günündə isə Prezident İlham Əliyevin sərəncamı ilə “İstiqlal” ordeninə layiq görülməsi və ordenin şəxsən dövlət başçısı tərəfindən ona təqdim edilməsi Xalq artistinin zəngin yaradıcılıq fəaliyyətinə verilən yüksək qiymətdir.

Adil Kərimli Oqtay Mirqasımovu 80 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə bir daha təbrik edib, möhkəm cansağlığı və bundan sonra da həyat və sənət enerjisi ilə dolu uzun ömür arzulayıb. 

Xalq artisti Oqtay Mirqasımov əməyinə göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sənətkar ömrünü həsr etdiyi milli kinematoqrafiya sahəsinə bundan sonra da öz töhfəsini verməyə çalışacağını deyib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar