Xəbər lenti
18-11-2024, 12:06
 

Mədəniyyət naziri Adil Kərimli Gəncədə vətəndaşları qəbul edib - FOTO 0

Tarix: 10-06-2023 18:38     Baxış: 1 904

Mədəniyyət naziri Adil Kərimli Gəncədə vətəndaşları qəbul edib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir.

Mubarizciler.az-ın məlumatına görə, Mədəniyyət naziri Adil Kərimli iyunun 10-da Gəncə şəhərində vətəndaşları qəbul edib. 

Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşən qəbulda əsasən Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, həmçinin digər bölgələrdən sakinlər iştirak ediblər. 

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri rəhbərlərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər işlə təmin olunma, əməyin qiymətləndirilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki təchizatı, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub. Yerlərdə mədəni fəaliyyət və müəssisələrin işinin təşkili ilə bağlı təkliflər də səsləndirilib.

Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar