Xəbər lenti
4-11-2026, 17:40
 

Zakir Quliyev: “Bolqarçay su anbarı boşaldılıb, texnikalar hazırda ərazidədir” 0

Tarix: 31-05-2023 15:05     Baxış: 2 506

Sədr müavini: “Bolqarçay su anbarı boşaldılıb, texnikalar hazırda ərazidədir” “Biləsuvarda Bolqarçay su anbarı boşaldılıb, texnikalar hazırda ərazidədir”.  Mubarizciler.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev deyib.

  O bildirib ki, dünəndən Bolqarçayın İran ərazisindən Biləsuvar rayonu ərazisinə güclü sel suları daxil olmaqdadır.  Sədr müavininin sözlərinə görə, görülmüş tədbirlər nəticəsində və suyun düzgün idarə olunması nəticəsində təsərrüfata və əhaliyə ziyan dəyməməsi üçün müvafiq tədbirlər həyata keçirilib:  “Dərhal suyun qarşılanması təmin olunub. Sel suları çatana qədər Bolqarçay su anbarındakı su boşaldılıb. Həmçinin suyun ərazilərdə kanallara bölüşdürülməsi nəticəsində suyun idarə olunması tamamilə təmin edilib. Bütün gecəboyu aidiyyəti dövlət orqanları ərazidə çalışıblar. Görülmüş tədbirlər nəticəsində hazırkı vaxta qədər hər hansı bir əraziyə su çıxmayıb və fəsadlar yaranmayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar