Xəbər lenti
25-07-2026, 19:27
 

Bu xəstəxananın sahibi olacaqmı / VİDEO 0

Tarix: 28-05-2023 23:12     Baxış: 2 415

Redaksiyamıza dəfələrlə Gəncə səhiyyəsi ilə bağlı şikayətlər gəlmişdir. Bu dəfə isə Gəncə səhiyyəsindən şikayəti olan məhz Kanal1.az Informasiya Xəbər
Portalımızın baş redaktoru Arzu Orucovdur.

Belə ki, Arzu müəllim ailə üzvləri ilə birlikdə Gəncə şəhər Abbas Səhəd xəstəxanasında müayinədən keçmişlər. Şikayət məhz həmin xəstəxananın MRT bölməsindəndir.

 
Daha ətraflı danışsaq, sizlərə təqdim etdiyimiz video materialdanda məlum olur ki, xəstəxananın MRT şöbəsi insanların başına oyun açır.
Arzu müəllim Xəstəxanada Fərid həkimin qəbulunda olduqlarını bildirmişdir. Fərid həkim MRT həkimidir. Fərid həkimin MRT etdikdən sonra qoyduğu diaqnoz insanı şoka salır. Qadın pasientə qoyulan diaqnoz yaşla bağlı olaraq prostat həqiqətəndə gözə göründükdən artıqdır.  Çox böyük sual yaranır. Ay Fərid həkim qadında nə vaxtdan prostat olur? Bunu hansı həkimlər müəyyən etmişlər.
 
Məsələ ilə bağlı Arzu müəllim özü Xəstəxananın MRT şöbəsinin həkimi Fərid bəylə əlaqə saxlamış və ona verilən kağızda qoyulan diaqnozun bu olduğunu bildirmişdir. Fərid həkim isə cavabında o hamıya verdiyimiz şablon cavablardır. Çoxda fikir verməyin. Çox maraqlıdır Gəncə səhiyyəsi gör nə gündə, gör nə vəziyyətdədir ki, Abbas Səhəd xəstəxanasının həkimləri xəstəni aldadaraq, ciddi müayinə etmədən şablon kağızlar hazırlayıb verirlər. Gəncə Səhiyyəsinin həkimləri xəstələri düşünmək əvəzinə bütün günü xəstəxanada oturub yalnız öz mənafelərini güdürlər. Bu Gəncə Səhiyyəsi barəsində ilk şikayətimiz deyil. Gəncə şəhərində yerləşən bütün xəstəxanalar bu vəziyyətdədir.
 
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Gəncə səhiyyəsi barəsində araşdırılma aparılmasını, xəstələri yox, öz mənafelərini düşünən həkimlər barəsində ciddi tədbir görmələrini xahiş edirik.
 
 
 


Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar