Xəbər lenti
10-09-2025, 09:44
 

Şəhid övladları üçün güzəştlər qüvvəyə mindi

Tarix: 20-01-2023 16:11     Baxış: 1 029


“Bu aydan etibarən şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, onların övladları da gəlir vergisi üzrə güzəştdən istifadə edəcəklər. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, şəhid ailəsi üzvlərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 800 manat məbləğində azaldılır”.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov özünün “Facebook” hesabında yazıb.


O bildirib ki, şəhid övladları da artıq bu güzəştdən yararlana biləcəklər:

“Bundan əlavə, şəhidlərimizin valideynləri, həyat yoldaşları ilə yanaşı, övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 100 manat məbləğində azaldılacaq. Qeyd edək ki, əvvəllər bu güzəştlərdən istifadə hüququ şəhidlərimizin valideyinləri və həyat yoldaşlarına şamil olunurdu”.

“Şəhidlərimizin övladlarının 18 yaşı keçdikdən sonra bu hüquqdan istifadə imkanı yaranır. Bu baxımdan, dəyişikliklər kifayət qədər mütərəqqidir və şəhid övladlarına yeni güzəştlərdən faydalanmağa imkan verəcək”, - millət vəkili əlavə edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar