Xəbər lenti
4-11-2026, 17:40
 

Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib 0

Tarix: 22-05-2023 01:14     Baxış: 2 331

Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib.

Mayın 20-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsi keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Yarımfinal mərhələsində Respublika fənn müsabiqəsi üzrə 224, Lütfi Zadə adına məntiq olimpiadası üzrə 291 nəfər olmaqla ümummillikdə 515 nəfər şagird iştirak edib.

Qeyd edək ki, VI  və VII  sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunub. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir. 

Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı  məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar