Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Yubiley Tədbiri keçirildi - FOTO 0

Tarix: 11-05-2023 17:28     Baxış: 3 045

Goranboyda, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Yubiley  Tədbiri keçirildi.

Mubarizciler.az xəbər verir ki, Goranboy şəhəri Heydər Əliyev adına Parkda təşkil olunan mədəni-kütləvi Yubiley  Tədbirində, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun bütün rəhbər şəxsləri, xidmət sahələrinin və ictimai təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, ziyalılar, ağsaqqallar, gənclər, məktəblilər, “N” saylı hərbi hissənin zabit və əsgər heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.

 Ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə müasir və müstəqil Azərbaycan dövlətinin  qurucusu, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə əsl bayram ab-havası şəraitində keçən konsert proqramı goranboylular tərəfindən böyük coşğu ilə qarşılandı. 

Sonadək izdihamla müşayiət olunan konsert proqramında  Dahi Şəxsiyyətə  həsr olunmuş şeirlər, Ümummilli Liderimizə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olundu, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr səsləndirildi. Konsert proqramının sonunda nümayiş etdirilən  atəşfəşanlıq  böyük maraqla izlənildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar