Bu sözləri yazmaqda məqsədim özümdə təsəlli tapmaqdır - Əli İbrahimov 0
Bu sözləri yazmaqda məqsədim özümdə təsəlli tapmaqdır.
İstəyirəm ki, hər kəs bilsin ki, xidmət etdiyim dövr ərzində mən heç vaxt ümumi məqsədlərə xəyanət etmədim, rəhbərlərimə sadiq oldum və heç vaxt səhv və təmənnalı addım belə atmadım. Buna baxmayaraq keçmiş səriştəsiz "rəhbərim" demək olsa belə, səlahiyyəti olduğu müddətdə, yerində olmayan bir insan kimi, Kadr xidmətinin tamahgir "baş biləni"-nin vasitəsi ilə mənə qarşı ən iyrənc təzyiq üsullarına əl atdı, böhtan və şərləmə kampaniyası apardı, xidmət etdiyim yerdə ən alcaq əməkdaşı üzümə qoymağa calışdı, hər şərəfsizliyi etdi, ancaq adıma toz belə qondura bilmədi. Mənim bu günədək həyatda yeganə “kriminalım” xoş niyyətlə olan tədbirim "Fəxri Fərman" oldu. Cünki həqiqətən 2001-ci ildəki cənab Nazirimizin əmrindən xəbərsiz idim. Düzdü bunu anlayıram ki, Qanunu bilməmək məsuliyyətdən azad etmir, ancaq bu xəyanət deyil, sadəcə müvafiq əmrdən xəbərsiz idim. Bunun nəticəsi olaraq, mənə xidmətə uyğunsuzluğum barədə xəbərdarlıq verilməsi, məni bir daha dərindən düşünməyə vadar etdi. İnanın mən bu cəzaya tam laiq idim, cünki, mən Qanunları mükəmməl bildiyim kimi, bütün normativ hüquqi aktları, əmr və sərəncamları öyrənməli və hər bir xırda belə sənəddən məlumatım olmalıdır. Praktiki olaraq, xidmət etdiyim dövr ərzində hər bir tədbir Qanununla tənzimlənməlidir. Verilmiş cəzaya şükürlər olsun ki, bir vaxtlar adını "rəhbər" qoymuş şərəfsiz şəxs deyil, daha yuxarı rəhbər tərəfindən verilmişdir. Bu mənə təsəllidir ki, cəzanıda verən rəhbər, sabah mənim barəmdə xoş bir qərar vermək səlahiytətinə malikdir. El obamızda söylənən bir kəlam yadıma düşdü "kişinin əlinə gərək kişi qandal vursun". Cəza verən insanada minnətdaram ki, sadəcə 18 illik xidmətimdə bir dəfədə belə cəza almadığım halda, həyatımda birinci və axrıncı bu cəza mənə ömürlük bir dərs oldu ki, gələcəkdə daha elmli daha tədbirli olmaq lazımdır. Mənə hər zaman sözün əsil mənasında hər bir cətinlikdə dəstək olmuş SEYİD rəisimə minnətdaram. Cünki, bəlkədə o, insan olmasa idi, mənim barəmdə daha kəskin qərar qəbul edilərdi və ali rütbəli şəxslərin yanında haqqımda pis fikirlər formalaşardı. Mən bütün həyatımı ailəmə, təhsilə, elmə, işimə və Heydər Əliyev ideologiyasına sərf etmişəm və bundan sonrada sədaqətli vətəndaş və əməkdaş olaraq Allah verən ömrümü yaşamağa calışacam. Yalan, xəyanət, böhtan və bu kimi alcaq xüsusiyyətlər mənə aid deyil. Məni yaxından tanıyanlar bunu yaxşı bilir. Başqalarının fikirləri isə mənə maraqlı belə deyil. Bu insanların öz şəxsi həyatları olmadığından bu gün Əli İbrahimovu müzakirəyə cıxardıb asıb-kəsəcəklər, sabah isə başqa adamı gündəmə cıxardaraq yeni-yeni böhtanlar danışmaqla, qısa həyatlarını dedi-qodulara sərf etməklə başa vuracaqlar. Mənim şəxsi həyatım cox zəngindir, övladlarım, sağlam ailəm, təvəzükar dostlarım və normal işim var. Buna görə Uca Allaha şükürlər olsun.
Unutmaq lazım deyil ki, hər ziyanda bir xeyir var, hər günümüzə şükürlər olsun, tezliklə inşallah, kimin kim olacağına Allah qərar verər. Uca Allah hər birimizi şərdən, böhtandan və pis insanlardan qorusun.
Uca Yaradan Dövlətimi, Millətimi və Ali Baş Komandanımı qorusun.
Xəbəri paylaş