Xəbər lenti
25-07-2026, 19:27
 

Günü-gündən çiçəklənən təhsilimiz savadlı və peşəkar müəllimələr sayəsindədir! - FOTO 0

Tarix: 20-04-2023 22:15     Baxış: 1 568

 

Günü-gündən çiçəklənən təhsilimiz savadlı və peşəkar müəllimələr sayəsindədir!

 


Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin təhsil sahəsinə diqqət və qayğısı hər zaman əvəzsiz olub.  

O, deyirdi: "Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”. Xalqımızın böyük oğlu həyatının və dövlət idarəçiliyinin bütün mərhələlərində məhz bu mövqedə dayanaraq təhsilə üstün qiymət verib. 

Ölkəmizdə təhsilimiz günü-gündən inkişaf edir, çiçəklənir.

Təhsilin inkişafında məktəblərin rolu inkaredilməzdir.  Təhsil ocaqlarımız, təhsil alan gənclərin maariflənməsində, təlim tərbiyəsində əllərindən gələni edirlər. Və təbii ki, bu prosesdə məktəbdə dərs deyən müəllimlərin də rolu əvəzsizdir. 

Öz işinin peşəkarı olan belə müəllimlərdən biri də Tanrıverdiyeva Vüsalə Nidayət qızıdır.

 

Vüsalə xanım işinə olduqca məsuliyyətli yanaşan bir müəllimədir. Məktəb rəhbərliyi və iş kollektivinin dərin hörmətini və rəğbətini qazanmışdır. Gənc nəslin təlim-tərbiyə olunmasında xidməti əvəzsizdir. Azərbaycan təhsilinin inkişafında verdiyi töhfələr hörmətə layiqdir.  

Təhsilimizin inkişafı, onun keyfiyyət göstəricisi sabahkı cəmiyyətimizin əsas təminatıdır. Məhz Vüsalə xanım kimi müəllimələr sayəsində təhsilimiz günü-gündən çiçəklənir. 

Vüsalə xanıma bu çətin, bir o qədərdə şərəfli yolda uğur və müvəffəqiyyətlər arzu edirik. Azərbaycan təhsilinin çiçəklənməsi yolunda əlindən gələni əsirgəmədiyi üçün ona təşəkkür edirik. 

 

 

Kanal1.az İnformasiya Xəbər Portalının baş redaktoru

Arzu Orucov




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar