Xəbər lenti
4-11-2026, 17:40
 

Qafanda saxlanılan azərbaycanlı hərbçi Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib 0

Tarix: 14-04-2023 16:35     Baxış: 1 883


Ermənistan polisi Qafanda saxlanılan azərbaycanlı hərbçini Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verib.

Bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə strukturunda digər təfərrüat barədə məlumat verilməyib.

Bundan əvvəl, aprelin 13-də Ermənistan Müdafiə Nazirliyi ölkə ərazisinə daxil olan ikinci azərbaycanlı hərbçinin saxlanıldığını açıqlayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan tərəfi əsgərlərdən birinin aprelin 11-də, digərinin 13-də saxlanıldığını etiraf edib.

Mənbə: Sputnik Ermənistan



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar