Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır
Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır.
Müstəqil dövlətçiliyimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyev 2003- cü ilin oktyabrında keçirilən ilk prezidentlik inaqurasiyasında "mən hər bir azərbaycanlının prezidenti olacağam", - söyəldi və arxasında böyük məna və məsuliyyət yükü olan bu fikirləri öz prezidentlik fəaliyyətində daim təsdiq etdi, əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi.
Təbii ki, hər bir yaxşı rəhbər kimi, cənab İlham Əliyev də prezidenti olduğu hər bir vətəndaşın və bütövlükdə azərbaycan xalqının əmin-amanlıq şəraitində, güvənli maddi təminat və sosial rifah içərisində yaşamağını istəyir və bu istəyi reallığa çevirmək üçün ən mütərəqqi proqramlar qəbul etmiş, ən mütərəqqi qərarlar, fərman və sərəncamlar vermiş, qanunlar imzalamışdır.
Prezident İlham Əliyevin sosial siyasəti iki klassik prinsipə əsaslanır: sosial ədalət və sosial rifah!
Hər kəsə məlumdur ki, dövlətimizin başçısı sadə həyat tərzinə üstünlük verir, təm-tarağı sevmir, daim məmurları da sadə və təvəzökar olmağa çağırır. Özününün əlli illik yubileyini ailə üzvləri, şəxsi dostları, yaxınları ilə deyil Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə birlikdə qeyd etməsi həm Prezident İlham Əliyevin humanizminin və qayğıkeşliyinin ifadəsi idi, həm də cəmiyyətə bir mesaj idi.
Cəmiyyət də, dost da, düşmən də bir daha gördü ki, Azərbaycan Prezidentinin ən yaxın dostları elə Azərbaycanın ən sadə vətəndaşlarldır. Bu ənənə indi də davam edir, cənab Prezident ad günlərində, bayramlarda, əlamətdar günlərdə sosial müdafiəyə ehtiyacı olan insanlarla birlikdə olur, onlara mənzillər, minik avtomobilləri hədiyyə edir, parklar, körpülər, yollar açır, müəssisələri, yeni iş yerlərini işə salır.
Cənab Prezidentin irəli sürdüyü " Biz birlikdə güclüyük!" şüarı isə bütün dövrlərin birlik və həmrəylik himninə çevriləcəkdir!
Xəbəri paylaş