Xəbər lenti

Bu gün Şükür Mehdiyevin doğum günüdür 0

Tarix: 06-04-2023 23:06     Baxış: 1 816

6 aprel "Vətən uğrunda" medalı ilə təltif olunmuş polis polkovniki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini vəzifəsində işləmiş Şükür Mehdiyevin doğum günüdür.

Mubarizciler.az xəbər verir ki, Şükür Mehdiyev  1959-ci il martın 6-sında Goranboy rayonunun Fəxralı kəndində Nəcvəddin və Şövkət Mehdiyevlərin ailəsində anadan olub. Faxralı kənd orta məktəbini bitirib (1966-1977) və hərbi xidmətə çağrılıb (1977-1979). Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə qiyabi bitirib (1991-1996). Milis nəfəri kimi Naftalan RDİŞ nəzdində Mühafizə Bölməsində işə başlayıb (1985-1987), 1987-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinə qəbul olub və 1989-cu ildə həmin məktəbi bitirib, təyinatla bir ay müddətində Zəngilan RDİŞ YYÇ işləri üzrə inspektoru işlədikdən sonra, Qasım İsmayılov (indiki Goranboy) RDİŞ YYÇ işləri üzrə inspektoru (1989-1990), RDİŞ-də milis sahə inspektoru (1990-1992), Goranboy RDİŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili (1992-1993), Yevlax ŞPŞ-nin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili (1993-1994), Yevlax ŞPŞ-nin Cinayət axtarış bəlməsi rəisi (1994-1996), Gəncə ŞPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin rəisi (1996-1999), Gəncə şəhər Kəpəz RPŞ-nin rəisi (1999-2001), Goranboy RPŞ-nin xidmət üzrə rəis müavini (2001-2003), Şəmkir RPŞ-nin əməliyyat işi üzrə rəis müavini (2003-2005), Qazax RPŞ-nin rəisi (2005-2010) vəzifələrində inamla və qətiyyətlə çalışıb. 2010-cu ilin yanvar ayından 16 aprel 2015-ci il tarixinədək Şəmkir RPŞ-nin rəisi vəzifəsində işləmişdir. 2015-ci ilin 4 may tarixindən ömrünün sonunadək (9 fevral, 2019) Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir. O, polis polkovniki idi.

İşlədiyi illər ərzində insanların hüquqlarının pozulmasının qarşısını müvəffəqiyyətlə aldığına görə 30 dəfədən artiq dövlət tərəfindən mükafatlandırılmışdır. 2004-cü ildə "Əla Xidmətlərinə Görə" döş nişanı ilə, 1 iyul 2013-cü ildə "Vətən uğrunda" medalı ilə təltif olunub.

Polis Polkovniki Şükür Nəcvəddin oğlu Mehdiyev 2019-ci il fevral ayının 9-da Gəncə Beynəlxalq Xəstəxanasında vəfat etmişdir. Doğulduğu Goranboy rayonunun Fəxralı kəndində Goranboy rayonu İcra Hakimiyyətinin Başçısı və b. dövlət məmurlarının iştirakı ilə böyük izdihamla dəfn edilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar