Xəbər lenti
18-11-2024, 12:06
 

Mahiyəddin Mazanov: 31 Mart – Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil ümumi insanlığa qarşı törədilmiş cinayyətdir 0

Tarix: 30-03-2023 20:40     Baxış: 994

31 Mart – Soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil ümumi insanlığa qarşı törədilmiş cinayyətdir

Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində ermənilər tərəfindən qırğınlara və terrora, soyqırımlara, etnik təmizləməyə məruz qalıb. Ermənilər elə vəhşiliklər törədiblər ki, bunun insan tərəfindən edilə biləcəyinə inanmaq belə çox çətindir.

 “1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Sovet hakimiyyəti dövrundə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər qöstərilsə də,bu,mümkün olmadı və nəhayət,həqiqət anı yetişdi.

1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqiyasına görə təkcə Azərbaycan tarixində deyil,bəşər tarixində də ən qanlı faciələrdən biridir.Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq,qoca,qadın demədən minlərlə insanı qılıncdan,süngüdən keçirdilər,diri-diri yandırdılar.Milli memarlıq incilərini,məktəbləri,xəstəxanaları,məscid və digər abidələri dağıtdılar.Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil,Şamaxı,Quba qəzalarınnda,Qarabağada,Zəngəzurda,Naxçıvanda,Lənkəranda,Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi.Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi,şəhər və kəndlər yandırıldı,milli mədəniyyət abidələri kütləvu surətdə qətlə yetirildi,şəhər və kəndlər yandırıldı,milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Azərbaycan dövlət müstəqilliyinin bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı.. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.İndi uzun illər gizli saxlanılan,üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır.Ulu öndər Heydər Əliyevin”Azərbaycanlıların soyqırımı haqqında”   1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara,həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək  məqsədilə  31 mart

Azərbaycanlıların Soyqırımı Günü elan edildi.Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərazində parılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb,Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb.Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2018-ci il azərbaycanlılarır soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil,dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz ,diaspor təşkilatları,xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd oludu. 

Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq özünün müstəqillik əzmini qoruyub saxladı, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirdi, xüsusilə son 20 ildə Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail oldu. Nəhayət, son iki yüz ildə Azərbaycan xalqının əldə etdiyi ən böyük nailiyyət 2020-ci ilin sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq Azərbaycanın 30 il davam edən işğala son qoyması və öz ərazi bütövlüyünü bərpa etməsi oldu. Xalqımızın əldə etdiyi bu tarixi Zəfər Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.


Mahiyəddin MAZANOV

Yeni Azərbaycan Partiyası Goranboy təşkilatının əməkdaşı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar