Vasif Adıgözəlov: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir.
Azərbaycan Respublikasının Prezzidenti cənab İlham Əliyev yanvar ayının 17-də Davosda Çinin Qıobal Television Network televiziya kanalına verdiyi müsahibədə Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq fəaliyyətindən danışıb.
30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Birlikdə beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.
Bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biri də enerji böhranıdır. Ölkəmiz strateji cəhətdən əksər ölkələrlə əməkdaşlıq edir. Azərbaycanın Dövlət başçısı Azərbaycanda böyük potensial, Çində isə böyük texnoloji nailiyyətlər mövcud olduğunu və bu səylər birləşdirilməsinin məqsədə uyğun olduğunu bildirib. Yaxın müddətdə Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə Azərbaycan üçün yox, həm də bütün region üçün çox əhəmiyyətlidir və böyük potensialı var.
Prezident İlham Əliyev bildirib ki, Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Keçen il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. 5 il ərzində biz bu hədəfə nail olacağıq.
Vasif Adıgözəlov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı
Xəbəri paylaş