“Gənclərin Psixoloji İnkişafı” adlı layihə Goranboyda - FOTO 0
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İdeyanı Reallaşdır-2022” qrant müsabiqəsinin qalibi olmuş “Gənclərin Psixoloji İnkişafı” adlı layihə çərçivəsində Goranboy rayonu Gənclər Evi Sosial Xidmət Müəssəsinin akt zalında II modul olmaq şərti ilə 6 gün rayon gənclərinə maarifləndirici, profilaktik psixoloji təlimlər ,psixoloji oyunlar, fərdi konsultasiyalar və valideynlərlə görüş keçirildi.
Mubarizciler.az xəbər verir ki, I modul -12,13,14 mart , II modul -25,26,27 mart 2023-cü il tarixlərində baş tutdu.
Layihənin məqsədi: erkən nikah, ailədaxili münaqişələr, ictimai qınaq, karyera və şəxsi inkişaf, bullinq mövzusunda təlimlər keçmək. Regionda yaşayan hər bir gəncin psixoloji sağlamlığını təmin etmək, Psixoloji profilaktik təlimlər keçmək, Karyera, şəxsi inkişaf yolunda və iş həyatında uğur qazanmalarına, zamanı və həyatı idarəetmələrinə yardım etmək, sistemli şəkildə təhsil almalarına istiqamət vermək, sosiallaşdırmaq ,kollektivlə işləmə bacarıqlarına sahibləndirmək, ruhsal sağlamlıqlarını sabit saxlamağa dəstək olmaqdır.
25 nəfər üçün nəzərdə tutulmuş olsa da daha çox gəncin marağına səbəb oldu. Və layihə çərçivəsində 36 gənc təlimlərdən yararlandı.
Layihənin rəhbəri UNEC-in II kurs tələbəsi Könül Bayramova. Təlimçi isə Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təssisçi direktoru, ailə-uşaq psixoloqu, təlimçi Vüsalə Əmiraslanova idi.
Layihənin bağlanış və hesabat tədbiri Goranboy şəhər 1 saylı tam orta məktəbin akt zalında keçirildi. Tədbirdə layihə iştirakçıları ilə bərabər digər gənclər, müəllimlər və rayon rəsmiləri iştirak etdi. Sonda iştirakçılar sertifikat ilə təltif olundu.
Xəbəri paylaş