Xəbər lenti
25-07-2026, 19:27
 

Rayonda yoxlamalar başladı - İcra başçısı işə çıxmır - FOTO

Tarix: 20-01-2023 14:57     Baxış: 1 412



Qaradağ Rayon İcra Hakimiyyətində və onun strukturlarında yoxlamalar aparılır. 

“Qaynarinfo” xəbər verir ki, aparılan yoxlamalar zamanı qurumun özündə və strukturlarında bir sıra nöqsanlar aşkarlanıb. 


Əldə etdiyimiz digər məlumata görə, icra başçısı Süleyman Mikayılov yanvarın əvvəlindən işə çıxmır. Ehtimal edilir ki, başçı səhhəti əsas göstərilərək məzuniyyətə göndərilib. 

İcra başçısının səlahiyyətləri isə birinci müavini Emil Abbasova həvalə edilib.
Süleyman Mikayılovun yaxın vaxtlarda vəzifəsindən azad olunması istisna edilmir. 

Əldə etdiyimiz başqa məlumata görə, Süleyman Mikayılovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da münasibətləri gərgindir. Bakı merinin Qaradağ rayon icra başçısının fəaliyyətindən narazı olduğu deyilir və dəfələrlə onun yaxın çevrəsində olan məmurlara töhmət verib.

Eldar Əzizov bir neçə dəfə Süleyman Mikayılovun fəaliyyətindəki nöqsanlarla bağlı müvafiq qurumlara şikayət ünvanlayıb.

Qeyd edək ki, bundan əvvəl Sumqayıt və Bərdə icra hakimiyyətlərində yoxlamaların aparılması barədə xəbərlər yayılıb. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar