Xəbər lenti

Şəhid Camalzadə Famil 0

Tarix: 24-03-2023 23:17     Baxış: 1 472

Camalzadə Famil Hicran oğlu 6 iyun 1995 - ci ildə Salyan rayonunun Xurşud kəndində anadan olmuşdur. 

Mubarizciler.az xəbər verir ki, İlk təhsilini Şəhid Mahir Salmanov adlı orta məktəbdə almış, nümunəvi şagirdlərdən olmuşdur. 9 - cu sinfi bitirdikdən sonra  Salyan rayon peşə məktəbinə daxil olmuşdur. 2016 - cı ildə həqiqi hərbi xidmətə yollanmış, nizam- intizama riayət etmiş, xasiyyətnamə ilə əsgərliyini başa vurmuşdur. Elan olunmuş qismən səfərbərliklə sentyabrın 21 - dən təlimlərə qatılmış, 27 sentyabrdan isə döyüşlərdə iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşlərdə vuruşmuş, Alxanlı, Qaraxanbəyli kəndlərinin alınmasında iştirak etmişdir. 4 Oktyabrda Qaraxanbəyli istiqamətində hərbi vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən atılan mərmilər nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev Cənablarının imzaladığı müvafiq sərəncama əsasən ölümündən sonra " Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə " ," Vətən uğrunda " və"İgidliyə görə " medalları ilə təltif edilmişdir. 

Subay idi, iki bacının tək qardaşı idi.

 Məkanı cənnət olsun, yeri behişt olsun.  ailəsinə səbir versin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar