Xəbər lenti
18-11-2024, 12:06
 

Ermənistan hökuməti Aşıq Ələsgərin abidəsini dağıdıb - BƏYANAT 0

Tarix: 21-03-2023 14:50     Baxış: 986


"Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb".

Mubarizciler.az  xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda deyilir:

"Bəşəriyyətin bu gün qeyd etdiyi Ümumdünya Poeziya Günü və sülh, barışıq və humanizm dəyərlərini aşılayan Novruz bayramı Qərbi Azərbaycandan didərgin düşmüş azərbaycanlılar üçün xüsusi məna kəsb edir. Bu gün Azərbaycan poeziyasının dühası və Göyçə aşıq məktəbinin parlaq siması olan Aşıq Ələsgərin (1821-1926) doğum günüdür.

1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuş Aşıq Ələsgər aşıq sənətinə Göyçə aşıq məktəbinin digər böyük ustadı Aşıq Alının himayəsi altında yiyələnib. Aşıq Ələsgər misilsiz bədii-estetik ustalığı ilə xalqının ruhunu əks etdirən əsərlər yaradaraq, ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib. Onun ana dilinə və doğma təbiətinə məhəbbətlə aşılanmış, dərin təəssürat doğuran vətənpərvər yaradıcılığı sərhədsiz ifadə imkanlarının parlaq sübutu kimi dayanır. Aşıq Ələsgərin fəlsəfi dərinliyi və poetik lirikası ilə seçilən ədəbi töhfələri Azərbaycan ədəbiyyatı irsinin ayrılmaz hissəsinə çevrilib.

Aşıq Ələsgər fədakar və istedadlı tələbələri olan məktəb yaratmış və onun irsi görkəmli şair, yazıçı nəsillərini və oxucuları ilhamlandırdır. Aşıq Ələsgərin poeziyası Azərbaycan aşıq sənətinin qorunan dünya qeyri-maddi mədəni irs siyahısında yer almasında böyük rol oynayıb. Aşıq Ələsgərin zəngin ədəbi irsi Ümummilli Lider Heydər Əliyevin yorulmaz səyləri nəticəsində geniş şəkildə təbliğ olunub. Heydər Əliyevin təşəbbüsü ilə sənətkarın 150 illik yubileyi dövlətin ən yüksək səviyyələrində qeyd olunub, Qərbi Azərbaycanın qədim Göyçə mahalında, doğulduğu kənddə onun xatirəsinə abidə ucaldılıb.


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimi əbədiləşdirilməsində əvəzsiz rol oynayıb.


Ürək ağrısı ilə qeyd etmək lazımdır ki, Ermənistan hökuməti orada qalan Azərbaycan mədəni irsinin böyük hissəsi kimi Aşıq Ələsgərin abidəsini də dağıdıb. Bu gün biz - Ermənistandan qovulmuş azərbaycanlılar, yaradıcılığı ümumbəşəri sərvət kimi əziz tutulan Aşıq Ələsgərin doğum gününü fəxarətlə qeyd etməklə bərabər, Qərbi Azərbaycanda dağıdılmış mədəni irsimizi kədərlə anırıq.

Biz Aşıq Ələsgərin məzarını və Ermənistanda qoyub getməli olduğumuz digər mədəni irsimizi, müqəddəs yerlərimizi, qəbiristanlıqlarımızı hələ də ziyarət edə bilmirik. Bu yerləri ziyarət edə bilməyimiz üçün beynəlxalq ictimaiyyətə etdiyimiz müraciətlər cavabsız qalıb. Etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün Ermənistana müvafiq mandatla missiya göndərmiş Avropa İttifaqı Şurasının sədri Şarl Mişelə bu məsələ barədə göndərdiyimiz müraciətimizə hələ də cavab gözləyirik. Azərbaycan ictimaiyyətinin UNESCO-ya Azərbaycanın mədəni irsinin vəziyyətinin monitorinqi üçün Ermənistana missiya göndərilməsi ilə bağlı dəfələrlə etdiyi müraciətlər cavabsız qalıb.

Ermənistanın etnik təmizləmə siyasəti təkcə mədəni abidələrimizə deyil, UNESCO tərəfindən bəşəriyyətin mədəni irsi kimi tanınmış aşıq sənətinə də böyük ziyan vurub. Odur ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtmasına kömək etmək Ermənistan tərəfindən dağıdılmış və təhlükə altına alınmış mədəni irsin bərpası və qorunması baxımından da bəşəriyyətin qarşısında duran ümdə vəzifədir.

Bütün bunları nəzərə alaraq, biz beynəlxalq ictimaiyyətə bir daha müraciət edərək, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə, dağıdılmış mədəni irsimizin bərpa edilməsinə yardım etməyi xahiş edirik".

Bundan əlavə, İcma Ermənistan hökumətindən oradakı Azərbaycan mədəni irsini dağıtmağı dərhal dayandırmağı tələb edir.

İcma həmçinin, Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinı, o cümlədən, zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasını və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsini təmin etmək üçün UNESCO-ya çağırış edir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar