Xəbər lenti
25-07-2026, 19:27
 

Bu şəxslər “texosmotr”dan növbəsiz keçəcək - Video 0

Tarix: 20-03-2023 20:57     Baxış: 1 227

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində Novruz bayramı ilə əlaqədar gücləndirilmiş və fasiləsiz iş rejimi tətbiq edilir.

DİN Mətbuat xidmətindən  bildirilib ki, sürücülərdən qeyri-iş günlərindən istifadə edib avtomobillərini texniki baxışdan keçirmələri tövsiyyə olunur. Saatından asılı olmayaraq texniki müayinə mərkəzlərində rahatlıqla texniki baxışdan keçmə imkanı yaradılıb.

Texniki Müayinə Mərkəzlərində, həmçinin şəhid ailələrinin üzvləri, müharibə veteranları və iştirakçılarının rahatlığını təmin etmək və növbə gözləməmələri üçün ayrıca qəbul pəncərəsi fəaliyyətə başlayıb.

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı (012) 590-71-13 nömrəli qaynar xətt ilə əlaqə saxlaya bilərlər.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar