Şəhidlərimiz, qürurumuz və kədərimiz hər yerdə anılır - FOTO
Şəhidlərimiz, qürurumuz və kədərimiz hər yerdə anılır..
Goranboy rayonunda şəhidlərimizin ziyarətləri və anım günlərində yad edilməsi təməli Goranboy rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev tərəfindən qoyulub, hər zaman da şəhidlər, şəhid ailələri diqqət və qayğı ilə əhatələnib, bu təməlin davamını Goranboy rayon İcra Hakimiyyətinin keçmiş əməkdaşı hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin "11 saylı İDYM" MMC - nin Kürəkçay istehsalat sahəsinin rəisi vəzifəsinə təyinat alan Əkbər Yusifov idarə ərazisində ucaldılmış 20 Yanvar Şəhidlər Abidəsinin önündə ADY-nin rəhbəri cənab Rövşən Rüstəmovun tapşırığı ilə idarə kollektivi, bir qrup müəllim və şagirdlərin iştirakı ilə anım tədbiri keçirdi.
Şəhidlərimizi rayonumuzun yerindən asılı olmayaraq bütün idarə və müəssisələrində anılması şəhidlərimizin ruhun şad etmiş və şəhid ailələrini mənəvi təsəlli etmiş olur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Qazilərimizə şəfa versin
Vətənimizi, Millətimizi, Ordumuzu, Vətənə və vətəndaşlara layiqincə xidmət göstərənləri Allah qorusun.
Rahinə Məmmədova
Xəbəri paylaş