Xəbər lenti
18-11-2024, 12:06
 

Deputat seçicilərinə bayram sovqatı göndərib 0

Tarix: 17-03-2023 23:54     Baxış: 948

Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibətilə 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin seçicilərinə təbrik ünvanlayıb və onlara ən xoş arzularını yetirib.

Mubarizciler.az-ın məlumatına görə, təbrikdə deyilir ki, Novruz bayramı Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün və ənənələrinin, milli varlığının və mədəni sərvətlərinin dolğun təcəssümü olan müqəddəs el bayramdır.

Artıq üçüncü ildir ki, xalqımız bu bayramı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyilə Vətən Müharibəsində əldə etdiyimiz böyük zəfərdən irəli gələn qalibiyyət ovqatı və işğaldan olunmuş torpaqlarımızda əzmlə aparılan bərpa və  yenidənqurma  işlərindən, eləcə də Böyük Qayıdışımızdan doğan qürur və fəxarət hisslərilə qeyd edir.

Azərbaycan xalqı müzəffər xalq, Azərbaycan dövləti isə qalib dövlət kimi bundan sonra da əbədi yaşayacaq. Novruz bayramı günlərində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur və igid  qazilərimizə şəfa dilənir.

Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə Novruz bayramı münasibətilə Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan 30-dan çoxn yaşayış məntəqəsində 1 015 şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar