Xəbər lenti
25-07-2026, 19:27
 

SON DƏQİQƏ: Baş nazir Əli Əsədov qərar imzaladı

Tarix: 23-01-2023 16:07     Baxış: 2 589



Avtomobillərdə pərdə və plyonkaların istifadəsi qaydası təsdiqləndi


Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydası təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir:

- minik avtomobillərində - plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına;

- yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə çəkilməsinə yol verilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır.

Nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərti ilə plyonka çəkilməsinə yol verilir.

Qeyd edək ki, bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minəcək.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar