Xəbər lenti
15-09-2026, 17:52
 

Goranboyda “Sülh Aylığı” mövzusunda tədbirlər davam edir Fotolar

Tarix: 22-09-2026 16:15     Baxış: 812

Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsi Goranboy rayonu üzrə nümayəndəliyi, Goranboy rayon Mərkəzi Xəstəxanası, rayon Gigiyena və epidemiologiya mərkəzi, Gəncə-Daşkəsən Regional təhsil idarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və rayon Uşaq və Ailələrə dəstək mərkəzinin əməkdaşlarının iştirakçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “21 avqust-21 sentyabr Sülh Aylığı” çərçivəsində tədbir keçirildi. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Azərbaycan Respublikasının regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verdiyi, 2025-ci il 8 avqust tarixində Vaşinqtonda "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş"in razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanmasının Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olduğu iştrakçıların nəzərinə çatdırıldı. Həmçinin 2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamızın Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulduğu, ölkə Prezidenti cənab İlham Əliyevin 22 yanvar 2026-cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzaladığı barədə tədbir iştrakçılarına məlumat verildi.

Eyni zamanda davamlı sülhün bərqərar olması üçün müharibələrin doğurduğu humanitar nəticələrin, o cümlədən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrin aradan qaldırılması, münaqişələrdən zərər çəkmiş insanların hüquqlarının müdafiəsi, mülki əhalinin təhlükəsizliyinin qorunması, bundan əlavə, itkin düşmüş şəxslərin taleyine aydınlıq gətirilməsi, doğma yurdlarına qayıdan insanların təhlükəsiz və ləyaqətli yaşayış şəraitinin təmin olunması və müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişa etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyü bütün formalarının qarşısının alınması barədə müzakirələr aparıldı




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar