Xəbər lenti
Dünən, 19:50
 
18-11-2024, 12:06
 

Elçin Tağıyev: Heydər Əliyev və azərbaycançılıq məfkürəsinin milli idealogiya səviyyəsinə yüksəldilməsi 0

Tarix: 13-03-2023 16:37     Baxış: 1 781

Heydər  Əliyev  və  azərbaycançılıq  məfkürəsinin  milli  idealogiya  səviyyəsinə  yüksəldilməsi.


Millət  -- bir  xalqın  öz  kimliyini  tam  dərk  etməsi,  onun  bir  amal  uğurunda  hamılıqla  çalışması  və  özünün  gələcəyə  istiqamətlənən  idealogiyasının  formalaşması  ilə  yaranır.Bir  xalqın  isə  milli  idealogiyasının  formalaşması  onun  ziyalı  təbəqəsindən  və  dahi  şəxsiyyətlərindən  asılıdır. Dahi  şəxsiyyətlər  zamanla  mühütin  ehtiyaçından  doğan   və  hər- hansısa  bir  tarixi  dönəmdə  xalqı,  milləti  üçün  böyük  işlər  görmüş  insanlar  olur.Ançaq  çox  nadir  hallarda  dahi  şəxsiyyətlər  olur  ki,  onlar  bir  yox  bir-neçə  tarixi  dönəm  üçün  xalqı  üçün  çalışır.  Ulu  Öndər  Heydər  Əliyev  Belə  bir  dahi  tarixi  şəxsiyyət  idi. Bu  böyük  insanın  həyat  yoluna  öz  xalqının  xilaskarı  olmaq  onu  zülümlərdən  qurtarmaq   yazılmışdır.

 Azərbaycançılıq  idealogiyasının  əsasının  qoyulması  

1969-cu  ildə  Ulu  öndər  Heydər  Əliyevin  Azərbaycana  rəhbərliyinin  birinci  dövrü  başladı.  H.Əliyev  hakimiyyətə  gələndə  Azərbaycan   inkişafda  keçmiş  sovet  respublikaları  içində  xeylim  geri  qalırdı. 

İllər  sonra  Ulu  Öndər  Heydər  Əliyev  həmin  dövrü  qiymətləndirərkən   bildirmişdir ki   “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin  və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual  yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur  dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”

Azərbaycanın müstəqil dövlət quruculuğuna və milli  idealogiyanın formalaşmağına  aparan  yolu  əslində, 1969-cu ildən - məhz  Ulu  Öndər  Heydər  Əliyevin  hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu tarixi  andan  azərbaycançılığın  ən  parlaq  səhifələri  də  elə  həmin  illərdən  etibarən yazılmışdır.  

Heydər Əliyev   həmin  dövrdə    milli  dəyərlərimizə   ziddiyət  təşkil  edən   sovetlər  ideologiyanın  zərərli  təsirlərindən Azərbaycan  milli  ruhunu  qorumağı   onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.

Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

Azərbaycan  xalqının  xilası  milli  idealogiyanın  inkişafı   və  bərqərar  olması  

XX  əsrin  80-ci  illərinin  sonu  90-cı  illərinin  əvvəli  xalqımızın öz  müstəqillik  arzusuna  çatmaq  üçün  fürsətlər  yaratmışdır.  Nəhəng  Sovetlər  İmperiyasının  süqutu  fonunda  Azərbaycan  xalqına   düşmənçilik  yürüdən  dairələrin  qara  əməlləri  dahada  aydın  görünməyə  başladı.  Vaxtı  ilə  Ulu  Öndər  tərəfindən  əsası  qoyulan  milli  özünü  dərk  prossesinin  qarşısını  almaq  istəyən  düşmən  bunu  baçarmadı.

    1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik  millli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Müstəqillik  böyük  itkilər və  qurbanlar bahasına, çətinliklə əldə olundu. Müstəqilliyimizin ilk illərində xalqımız, ağır, məşəqqətli günlər yaşadı.  Ermənistanın Azərbaycan  torpaqlarına  təcavüzü,   ölkədə  vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.  Xalqımızın  yeganə  xilas  yolu  Ulu  Öndər  Heydər  Əliyevin  ölkəyə  rəhbərliyi  öz  əlinə  götürməsindəydi.

    1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində  xalqımızın  tarixində  böyük bir faciənin qarşısı alınmış oldu. Ölkədə  vəziyyət olduqca  ağır  idi,  hər  yerə  səpələnmiş silahlı cinayətkar  dəstələr,  vətəndaş  müharibəsi  təhlükəsi, Qarabağ  münaqişəsi  və  dərin  iqtisadi  böhran.  

Bütün  bunlara  baxmayaraq  Ulu  Öndə  yenədə  öz  xalqını  tək  buraxmadı  və  öz  dərin  zəkası  ilə  Azərbaycanı   sonu  görünməyən  xaosdan  xilas  edərək  sarsılmaz  inkişafın  təməlini  qoydu


Milli  birliyin  və onun idealoji  əsaslarının   qələbəyə  apardığı  yol


Dövlətin varlığını təsdiqləyən amillərdən biri məhz ideologiyadır. İdeologiyası olmayan millətin dövlətçiliyindən də söhbət gedə bilməz. Məhz ideologiya millətin varlığını təsdiqləyir, çünki milli ideologiya özündə həm millətin tarixini, həm dilini, həm milli-mənəvi dəyərlərini, bir sözlə milləti millət olaraq təsdiqləyən əsasları ehtiva edir. Milli ideologiyasını qoruyub saxlamağı bacaran millət dövlətçiliyini də təsdiqləmiş olur. Bu baxımdan azərbaycançılıq ideologiyası xüsusi önəm kəsb edir. Çünki tarix boyu azərbaycançılıq ideologiyası müxtəlif təsirlərə, təzyiqlərə məruz qalmasına baxmayaraq millətin vahid ideologiyası kimi qəbul olunmuş, zəngin dövlətçilik tariximizin parlaq səhifəsini təşkil etmişdir. Azərbaycançılıq ideologiyası tarixi dəyişiklərə məruz qalmış, dəyişilmiş,bununla belə yenə də millətin varlığını qoruyub təsdiqləyə bilmişdir. 

Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin Azərbaycanın gələcəyi üçün tarixi və strateji önəm daşıdığını uzaqgörənliklə müəyyən etmişdi. 

Həmin dövrdə Heydər Əliyev tərəfindən konseptual şəkildə irəli sürülən azərbaycançılıq ideologiyası Azərbaycanın dünya birliyinə inteqrasiyasının təməl sütunlarından birini təşkil etməyə başladı. Günümüzdə azərbaycançılıq əbədiyaşar ideologiyalardan birinə çevrilib və müasir dövlətçiliymizin inkişafının əsasını təşkil edir. Heydər Əliyevin özündən sonra Azərbaycan dövləti və gələcəyimizin əsas istiqamətlərindən biri kimi, yadigar qoyduğu, dünya azərbaycanlılarının əvəzsiz milli sərvəti olan azərbaycançılıq ideologiyası bu gün Azərbaycan dövlətçiliyinin ideoloji əsasıdır.


Elçin Tağıyev

YAP  Goranboy  rayon  təşkilatının  fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar