Xəbər lenti
Dünən, 14:05
 
14-08-2026, 12:31
 

Goranboyda meşə yanğınlarının qarşısının alınması istiqamətində maarifləndirici tədbir keçirildi Fotolar

Tarix: 24-07-2026 12:10     Baxış: 1 624

“Ölkə ərazisində meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Birgə Fəaliyyət Planı”nın 36-cı bəndinin icrasının təmin edilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində maarifləndirici tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, tədbirdə meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyi qaydaları, yanğınların baş vermə səbəbləri, onların qarşısının alınması istiqamətində görülməli tədbirlər, eləcə də yanğın zamanı davranış qaydaları barədə iştirakçılara ətraflı məlumat verildi.

Çıxış edənlər yay mövsümündə hava şəraitinin quraq keçməsi səbəbindən yanğın riskinin artdığını qeyd edərək, vətəndaşları meşə və yaşıllıq ərazilərində odla ehtiyatlı davranmağa, tonqal qalamamağa, siqaret kötüklərini ətrafa atmamağa və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırdılar.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılaraq, yanğın təhlükəsizliyinə dair maarifləndirici materiallar paylanıldı və ətraf mühitin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğu vurğulandı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar