Xəbər lenti
18-11-2024, 12:06
 

4 oktyabr Cəbrayıl Şəhəri Günüdür

Tarix: 03-10-2024 15:22     Baxış: 560

 44 günlük Vətən müharibəsində ayağındakı 27 illik istila zənciri ilk qırılan şəhər Cəbrayıl idi. Azərbaycan ordusu mürəkkəb əməliyyat planını yerinə yetirərək güclü istehkamları yardı, şəhəri uzun döyüşlərdən sonra düşməndən geri almağı bacardı. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına axşam saatlarında verdiyi Cəbrayıl müjdəsi böyük coşqu ilə qarşılandı.

  Bəşəriyyət tarixində böyük qalaların, strateji əhəmiyyətli şəhərlərin azad olunması necə hadisəyə çevrilib təqvimə və ictimai yaddaşlara əbədilik köçübsə, Qarabağın işğal altındakı şəhərlərinin, həmçinin Cəbrayılın da geri alınması bizim üçün eyni məna və əhəmiyyəti ifadə edib. “Cəbrayıl azaddır!”-nidasını biz müqəddəs işimizin möhtəşəm sonluğu kimi qürurla yaşadıq.

  Bu tarixi gün əbədiləşdirildi. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi və 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olundu...

 Azərbaycanın Vətən müharibəsində tarixi qələbəsindən, məğlub Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün sonra - 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən ərazilərə ilk səfəri oldu. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli Azərbaycan bayrağını qaldırdı. 

 İşğaldan azad olunan ilk ərazilərə - Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı qoyuldu. 

 Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə, Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. Dövlət başçısının birbaşa nəzarəti altında həyata keçirilən işlər sürətlə davam etdirildi. İlham Əliyev mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur və təməlqoyma mərasimlərində iştirak edir. 

 Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə bağlı hərbi ekspertlə həmsöhbət olub. Hərbi ekspert Azər Bayramov söyləyib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun uğurlu əks-hücum fəaliyyəti əvvəlcə məhz Cəbrayıl və Füzuli istiqamətindən başladı. 2016-cı ildə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar uğurla nəticələndi, Lələtəpə yüksəkliyi və eyni zamanda, Cocuq Mərcanlı kəndi düşməndən azad edildi. Əldə edilən təcrübədən yararlanaraq Silahlı Qüvvələrimiz əks-hücum fəaliyyətini elə həmin istiqamətdən reallaşdırdı. Düşmənin 30 ildir qurduğu “Ohanyan” səddi kimi tanınan və keçilməz olduğu barədə mif yaradılan maneələr darmadağın edildi. Azərbaycan Silahlı Qüvvələri elə döyüşün ilk günündə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, eyni zamanda, Füzuli rayonunun bir neçə kəndini işğaldan azad etdi. Növbəti mərhələdə düşmən əsasən əks-hücumu Füzuli istiqamətindən gözləyirdisə, bölmələrimizin həyata keçirdiyi nadir taktika və manevrlər nəticəsində Araz çayı boyunca və eyni zamanda, Cəbrayıl şəhərinə doğru irəliləməyə qərar verildi. Əlbəttə ki, həyata keçirilən taktiki manevrlər bəhrəsini verməkdə idi.

  Düşmənin əsasən daha çox texnika, tank və eyni zamanda, ağır artilleriyanı Füzuli və Cəbrayıl istiqamətlərində cəmləşdirdiyini nəzərə alsaq, Silahlı Qüvvələrimiz çox böyük qətiyyətlə irəliləməyi bacarırdı. Cəbrayıl rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədi boyunca və Araz çayı istiqamətində ilk olaraq sərhədlərimizin bərpa edilməsi fəaliyyəti həyata keçirildi. Nəticədə separatçıların və Ermənistan ordusunun İranla olan hər hansı əlaqəsi kəsildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi separatçıların və eyni zamanda, Ermənistan ordusunun bir çox istiqamətdə konkret olaraq fəaliyyətinə məhdudiyyət yaratdı. 

Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar