Xəbər lenti

Kənan Seyidov: 44 günlük Vətən müharibəsi 21-ci əsrin ən müasir müharibəsi idi 0

Tarix: 01-11-2023 01:26     Baxış: 8 099

“30 illik vətən, torpaq həsrəti və düşmənə olan nifrət hissi Azərbaycan əsgərini döyüşlərdə daha da ruhlandırırdı. Buna görə də, hətta müharibənin ilk saatlarında əminliklə deyə bilərdik ki, biz bu savaşda qələbə qazanacağıq, müzəffər olacağıq və nəticədə onu da bacardıq".

General-mayor Kənan Seyidov bildirib ki, “Şuşaya daxil olmamışdan əvvəl, birinci növbədə gördüyünüz bu Topxana meşəsi və əlimlə göstərdiyim istiqamətdəki yüksəkliklər və ətraf yüksəklilər ələ keçirilmişdi. Bundan sonra, əlimlə göstərdiyim istiqamətdə qruplarla Laçın dəhlizini, Laçın-Şuşa yolunu keçərək Şuşa şəhərinə üç əsas istiqamətdən – Qala qapıları istiqaməti, Xankəndinin Üç yolu istiqaməti və mərkəz hissəsindən Şuşaya daxil olduq. İlk Şuşaya girən qruplar bizim Şuşada olan türmə – Şuşa türməsi istiqamətindən girməyə nail oldular. Noyabr ayının 5-ində gecə saatlarında biz artıq Şuşaya girmişdik. Şuşa şəhəri düşməndən tam təmizləndikdən sonra, noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı”.

Mubarizciler.az-ın məlumatına görə, Birlik komandiri K.Seyidov 21-ci əsrin müharibə standartını yaradan bir ölkə kimi Azərbaycanın əldə etdiyi tarixi zəfəri təmin edən ən müasir silahların tətbiqindən də söz açıb.

“44 günlük Vətən müharibəsi 21-ci əsrin ən müasir müharibəsi idi. Bu müharibədə qazanılan təcrübədən, bizim döyüş təcrübəmizdən bizdən sonra olan müharibələrdə istifadə olundu. Amma ilk yeniliyi Vətən müharibəsində Azərbaycan Ordusu nümayiş etdirdi.

Xüsusilə qeyd etmək istəyirəm ki, Vətən müharibəsinin hərbi baxımından qısa müddətdə, 44 gün ərzində şanlı qələbə ilə başa çatmasında Raket və Artilleriya Qoşunlarının arsenalında olan yüksək dəqiqlikli silahlar və eyni zamanda havadan olan “Harop”, “Bayraktar” və digər pilotsuz uçuş aparatlarının tətbiqi və ən əsası da Azərbaycan əsgərinin döyüş ruhu və hazırlığı mühüm rol oynadı”, – deyə general-mayor K.Seyidov vurğulayıb.

K.Seyidov onu da qeyd edib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun müasir silah və texnikalarla daha da gücləndirilməsi istiqamətində çox böyük işlər görülüb: “Ordunun silahlanması ilə bağlı cənab Ali Baş Komandanın diqqət və qayğısı ilə dünyadakı ən müasir silahlar hal-hazırda Azərbaycan Ordusunun arsenalına daxil olmaqdadır”.

Babək Hüseynov.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar