Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Rəşad Tağıyev növbəti dəfə vətəndaşları dinləyib - Fotolar

Tarix: 14-11-2024 16:26     Baxış: 245

Mubarzciler.az xəbər verir ki, İcra başçısı görüş zamanı sakinlərə Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Bildirdik ki, Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və ötən dövr ərzində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı dövlətimiz tərəfindən zəruri tədbirlər davam etdirilib, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Qeyd olundu ki, bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.

Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edildi, onların arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.

Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar