Xəbər lenti

“Uğurlu tədbirə görə İlham Əliyevi təbrik edirəm” Ərdoğan

Tarix: 13-11-2024 09:16     Baxış: 1 162

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən COP29 Liderlər Sammitində iştirakı ilə bağlı “X” hesabında paylaşım edib.

Mubarizciler.az ın məlumatına görə, dövlət başçısı paylaşımında qeyd edib ki, Türkiyə hazırda iqlim dəyişikliyinin mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr arasındadır:

“İqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr sırasındayıq. Biz əsas sahələrimizi 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk”.

Ərdoğan qeyd edib ki, Türkiyə 2024-2030-cu illəri əhatə edən “İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyası”nın fəaliyyət planlarını həyata keçirir.

Türkiyədə ümumi enerji istehsalında bərpaolunan enerjinin payının 59 faizə çatdığına diqqət çəkən dövlət başçısı, ölkəsinin bu göstəriciyə görə Avropada 5-ci, dünyada isə 11-ci yerdə olduğunu vurğulayıb.

Türkiyə Prezidenti xanımı Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən “Sıfır tullantı” layihəsinin iqlim dəyişikliyi ilə mübarizəyə əlavə güc qatdığını qeyd edib.

“İnanıram ki, COP29 bu istiqamətdə olan qlobal səyləri daha güclü və təsirli edəcək. İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəyəcək “İqlim maliyyəsi” hədəfləri də müəyyən ediləcək. Bu uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, - deyə Ərdoğan bildirib.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar