Xəbər lenti

Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış oldu - Fotolar

Tarix: 18-11-2024 18:04     Baxış: 1 197

Goranboy şəhərində bütün küçələrin abadlaşdırılması rayonumuzun sosial-iqtisadi inkişafının əsas hədəflərindəndir.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, sakinlərin müraciəti əsasında, Goranboy şəhərinin Əsgər ağa Gorani küçəsində oldu.

 İcra Başçısı küçənin bir qrup sakinləri ilə görüşdü, onların problem və təkliflərini yerində dinlədi, küçənin abadlaşdırılması, asfalt örtüyünün yenilənməsi, elektrik, rabitə, su, kanalizasiya və təbii qaz xətlərinin qaydaya salınması, bu sahələrdə cari təmir-bərpa işlərinin aparılması və küçənin gecə işıqlandırılmasının təmin edilməsi  ilə bağlı, xidmət sahələrinin rəhbərlərinə və digər aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verdi. Qeyd olunan küçənin, müvafiq tədbirlər planına uyğun, növbəlilik əsasında,  abadlaşdırılması  nəzərdə tutulmuşdur.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar