Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Goranboyda üç kəndin 35 illik problemi həll olunur - FOTO

Tarix: 12-10-2024 11:45     Baxış: 1 722

Goranboyda Tap Qaraqoyunlu, Hacallı və Səfikürd sakinlərinin 35 illik problemi həll olunur.

Goranboy rayonunun Tap Qaraqoyunlu, Hacallı, Tatarlı və Səfikürd kəndlərinin, ümumilikdə; 2 min hektardan çox əkin sahələrinin suvarılmasını təmin edən və mənbəyini Sərsəng su anbarından götürən İncəçay çayı ilə qidalanan 7 km-lik Tap-Hacallı-Səfikürd su arxının  bərpa olunması işləri həyata keçirilir. Məlumat üçün bildiririk ki, həmin su arxı 1-ci Qarabağ müharibəsi zamanı erməni faşistləri tərəfindən yararsız vəziyyətə salınmışdı. Su arxının bərpası üçün ərazilərdə müvafiq texnikalardan istifadə olunmaqla əsaslı əməli tədbirlərin aparılmasına ehtiyac var idi. Lakin, həmin su arxının 44 Günlük Vətən Müharibəsi öncəsi düşmənlə təmas xəttində yerləşən Tap və Tap Qaraqoyunlu kəndlərinin müəyyən ərazilərinə düşməsi və həmin ərazilərin erməni silahlı birləşmələri tərəfindən minalanması həmin ərazilərdə bərpa işlərinin aparılmasına manelər yaradırdı. İşğaldan azad edilmiş ərazilərdə minalanmış sahələrin təmizlənməsi prossesi başa çatdıqdan sonra, həmin su arxının da bərpası işlərinin aparılması mümkün oldu. Həmin kəndlərdə əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə mövcud ehtiyyat və alternativ su resurslarından səmərəli istifadə olunması, həmçinin Naftalan şəhərini içməli su ilə təmin edilməsi üçün nəzərdə tutlan 6 ədəd subartezian quyusunun və mənbəyini Murovdağdan götürən Yuxarı Ağcakənd–Goranboy içməli su kəmərindən Naftalan şəhərinə çəkilmiş xəttin təhcizatının təmin edilməsi ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən  aidiyyəti məsul şəxslər, mütəxəssislər və yerli fermerlərlə birgə məsləhətləşmələr aparılmış, problemlərin müsbət həlli istiqamətində aidiyyəti dövlət qurumlarına 2023-cü ildə rəsmi müraciətlər ünvanlanmışdı. Cari ildə həyata keçirilən əməli tədbirlər nəticəsində, artıq 4,5 km məsafədə bərpa işləri başa çatdırılmışdır.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birgə, aparılan işlərlə yerində tanış oldu. İcra Başçısı  iş icraçıları ilə görüşdü, işlərin məqsədəmüvafiq qaydada  görülməsi, gələcəkdə sudan səmərəli istifadənin təmin edilməsi ilə bağlı, müzakirələr apardı, bu istiqamətlərdə tapşırıq və tövsiyələrini verdi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar