Xəbər lenti

Goranboyda “Qışlaqda bir gün” adlı tədbir keçirildi - Fotolar

Tarix: 16-11-2024 18:27     Baxış: 1 309

Goranboy rayon İcra Hakimiyyəti və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə rayonun Yeniyol kəndi ərazisində daimi qışlaq sahəsində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatında “Qışlaqda bir gün”  adlı tədbir keçirildi. 

Mubarizciler.az xəbər verir ki, tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, bir qrup ictimai fəallar, kənd ictimaiyyətinin nümayəndələri, yerli fermerlər və kənd təsərrüfatının müxtəlif sahələri üzrə istehsalçılar iştirak etdilər. Tədbirdə, kənd təsərrüfatı sərgisi, milli kulinariya nümunələri, o cümlədən:  südün bişirilməsi və süd məhsulları, motal, pendir, qatıq, süzmə, şor, kəsmik, qaymaq, xama, çiyə, atlama, nəhrənin çalxalanması-yağın alınması, təndirin çörəyi, kətə və yuxanın bişirilməsi, çoban yeməkləri: qovurma, xaşıl,  südlü aş, əvəlik supu, yayma, kirkirə ilə un hazırlanması, müxtəlif növ dağ çiçəkləri, mürəbbələr və meyvə şirələri, arı yeşikləri və bal, yundan ip düzəldilməsi, cəhrə əyirmə və xalça toxunması, uşaq yürgəyi-nənni, dəmirçi, at nalının və at yəhərinin  hazırlanması, fermada saxlanılan heyvanlar və  at yarışı nümayiş etdirildi. Gəncə Dövlət Filarmoniyasının və rayon mədəniyyət evlərinin incəsənət ustalarının ifalarında  musiqi proqramı təqdim olundu.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar