Xəbər lenti

Elçin Kərimov Göygöl rayonunda ümumi təhsil məktəblərində olub, müəllimlərlə görüşüb - Fotolar

Tarix: 16-11-2024 23:28     Baxış: 1 435

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Göygöl rayonunda ümumi təhsil məktəblərində olub, müəllimlərlə görüşüb.

Mubarizciler.az ın məlumatına görə, İdarə müdiri Göygöl şəhər 2 və 4 nömrəli tam orta məktəblərdə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.

Bununla yanaşı Elçin Kərimov son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb.

IV və VI sinif üzrə keçirilən monitorinq nəticələrinin izlənilməsi və buna müvafiq olaraq tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb, müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar