Elçin Kərimov növbəti dəfə vətəndaşları qəbul edib - Fotolar
Noyabrın 14-də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov idarənin inzibati binasında vətəndaşları qəbul edib.
Mubarizciler.az xəbər verir ki, Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən vətəndaş qəbulu hər həftənin cümə axşamı günü saat 15:00-dan 17:00-dək keçirilir. Qəbulda iştirak etmək istəyən şəxslər əvvəlcədən 146-0-2 Çağrı mərkəzinə və ya info@ganja.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Xəbəri paylaş