Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

“Bu, Azərbaycanın gələcək hədəflərindəndir” - Fotolar

Tarix: 15-11-2024 18:01     Baxış: 819

“Günəş və külək enerjisindən istifadə Azərbaycanın gələcək hədəflərindəndir”.

Mubarizciler.az ın məlumatına görəbunu baş prokuror Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması”  adlı yüksəksəviyyəli sessiyada deyib.

Baş prokuror Azərbaycanın ətraf mühitin qorunması sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. O, 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edildiyini və ölkənin ekoloji cinayətlərə qarşı sərt cəzalar tətbiq etdiyini qeyd edib.

K.Əliyev əlavə edib ki, Baş Prokurorluq iyun ayında Azərbaycanın Xankəndi şəhərində "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda konfrans təşkil edib.

O, Azərbaycanın gələcək hədəflərinin qanunların effektiv icrası, rəqəmsal iş sistemi, ekoloji nəqliyyat, meşə bərpası, dayanıqlı enerji istifadəsi, günəş və külək enerjisindən istifadə ilə bağlı olduğunu açıqlayıb.

“Gəlin, gələcək nəsillər üçün planetimizi qoruyaq”, – deyə Kamran Əliyev çıxışını yekunlaşdırıb.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar