Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Polis Akademiyasında dəyirmi masa keçirilib - Fotolar

Tarix: 20-11-2024 21:23     Baxış: 196

DİN-in Polis Akademiyasında “Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntuları: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi  masa keçirilib. 

Mubarizciler.az xəbər verir ki bu barədə Akademiyanın mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının” icrası ilə bağlı hər il keçirilən “Uşaq hüquqları aylığı” ilə bağlı 2024-cü il 19 noyabr tarixdə “Yetkinlik yaşına çatmayanlar  tərəfindən  törədilən hüquq pozuntuları: nəzəri və təcrübi problemlər” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə DİN-in Polis Akademiyasının professor-müəllim heyəti, “Gənc polis sahə inspektoru” dərnəyinin üzvləri olan III və IV kurs təhsilalanları, həmçinin DİN-in A.Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin və Xəzər rayonu İcra Hakimiyyətinin nümayəndələri qonaq qismində iştirak ediblər. 

Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının təşkilatçılığı ilə təşkil edilmiş dəyirmi masa iştirakçıları “Çətin həyat şəraitində olan uşaqların müdafiəsi, onların zorakılıq qurbanına çevrilmə hallarının qarşısının alınması”, “Erkən nikah problemləri və aradan qaldırılması üzrə bir sıra məqamlar”, “Polisin fəaliyyətində uşaq hüquqları”, “Uşaqlar barəsində dövlət siyasətinin həyata keçirilməsində polis orqanlarının profilaktik fəaliyyətinin rolu” haqqında məruzələr ilə çıxış ediblər.

Çıxışların davamı olaraq dəyirmi masanın planı əsasında təhsilalanların elmi tədqiqatı mərhələsinə keçid edilmiş və hazırlanan elmi məruzələr dinlənilib. 

Dəyirmi masa çərçivəsində məruzələr bitdikdən sonra müzakirələrə keçid edilməklə, polisin fəaliyyət istiqamətləri üzrə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının qarşısını alınması sahəsində fəaliyyətin təmin edilməsi və sahəvi təşkiletmə hesabına effektiv nəticələrin əldə edilməsi yönümündə müzakirələr aparılıb. Tədbirin yekununda kursantların zəruri peşə səriştəsinin formalaşmasında, həmçinin karyera yüksəlişində bu kimi elmi tədqiqatların onlar tərəfindən aparılmasının dəstəkləyici imkanları diqqətə çatdırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar