Goranboyumuzu daha da yaşıllaşdıraq və qoruyaq - Fotolar
Yaşıl dünya naminə, Goranboyumuzu daha da yaşıllaşdıraq və qoruyaq !
Son illərdə respublikamızda təbiətin qorunması və mühafizəsi məsələsinə çox böyük diqqət yetirilir və bu sahədə irimiqyaslı qabaqlayıcı tədbirlər təşkil olunur. “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı 2024-cü ildə müntəzəm silsilə tədbirlərin və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29-un) hazırda, ölkəmizdə keçirilməsi də məhz bu diqqətin, bu həssas yanaşmanın göstəricisidir.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayonunda da bu həssas sahəyə çox yüksək diqqət və operativ yanaşma nümayiş etdirilir. “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbirləri çərçivəsində rayonumuzda müntəzəm olaraq, yeni yaşıllıq zolaqlarının salınması, mövcud infrastrukturun genişləndirilməsi və bu sahəyə lazımi aqrotexniki qulluğun göstərilməsi işləri həyata keçirilmişdir. Cari il ərzində keçirilən kütləvi tədbirlər çərçivəsində, Goranboy şəhərində və rayonumuzun bütün yaşayış məntəqələrində ümumilikdə; 21125 ədəd müxtəlif növ həmişəyaşıl ağac və kollar, həmçinin qızılgül kolları əkilmiş, yeni yaşıllıq zolaqları salınmışdır. O cümlədən, rayonumuzun əsas turizm marşurutları üzrə: Bakı-Qazax avtomobil yolunun Goran qəsəbəsi, Borsunlu, Nadirkənd kəndləri və Dəliməmmədli şəhəri ərazilərində, Goran-Naftalan-Tap Qaraqoyunlu-Talış avtomobil yolunun Qızılhacılı qəsəbəsi, Boluslu, Balakürd, Tap Qaraqoyunlu və Tap kəndləri ərazilərində, ümumilikdə; 10520 ədəd ağac əkilmiş, 10,3 ha sahədə yeni yaşıllıq zolaqları salınmışdır. Yeni salınmış yaşıllıq zolaqlarına mütəmadi aqrotexniki qulluğun göstərilməsi yüksək səviyədə təmin edilir.
Əziz goranboylular, yaşıllığı qorumaq hər kəsin borcudur, gəlin birlikdə rayonumuzu daha da yaşıllaşdıraq və qoruyaq..!
Xəbəri paylaş