Xəbər lenti

Seymur Orucov vətəndaşların müraciətlərini dinlədi - Fotolar

Tarix: 15-11-2024 17:49     Baxış: 1 582

Seymur Orucov Gürcüstanla sərhəddə yerləşən Sadıqlı kəndində növbəti dəfə vətəndaşları dinləyib.

Mubarizciler.az xəbər verir ki, Müvafiq qrafikə uyğun olaraq Sadıqlı kənd tam orta məktəb binasında təşkil olunan vətəndaşların səyyar qəbulunda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların nümayəndələri, eləcə də yerli sakinlər iştirak ediblər. 

RİH başçısı hazırda paytaxtımızda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək əhəmiyyətindən söz açaraq bildirib ki,  200 ölkənin yekdil qərarı ilə ev sahibliyi səlahiyyətinin ölkəmizə verilməsi həmçinin, Azərbaycanın ona qarşı qarayaxma kampaniyası aparan müəyyən xarici qüvvələr üzərində növbəti tarixi qələbənin təzahürüdür.

Səyyar qəbulda sakinlər tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində məsul şəxslərə zəruri tövsiyələr və göstərişlər verilib. Həmçinin yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin də aidiyyəti qurumlara çatdırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Kənd ağsaqqalı və ziyalısı Fərhad Hacıyev çıxış edərək ölkəmizin bütün sahələrdəki əldə etdiyi uğurlara, hökm sürən əmin-əmanlığa və dünyada yüksələn nüfuzuna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar