Xəbər lenti

Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin anım mərasimləri qeyd edilib - Fotolar

Tarix: 18-11-2024 13:22     Baxış: 798

Noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun və kiçik çavuş Tağıyev Asif Zakir oğlunun anım günləri keçirilib. Mubarizciler.az xəbər verir ki, Şəhidlərin dördüncü ildönümü mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, rayonun şəhid valideynləri, müharibə iştirakçıları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, məzarlarına güllər düzülüb, dualar oxunub.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidlərin ailələrinə bir daha başsağlığı verib, səbir diləyib. Vurğulayıb ki, tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, həmçinin iştirakçılarına Daşkəsən  rayonunda da daim yüksək həssaslıqla yanaşılır, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi əsasında onlara dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.

Digər çıxış edənlər şəhidlərlə bağlı xatirələrini bölüşüblər.

Şəhidlərin valideynləri yaradılan hər cür lazımi şəraitə və övladlarının xatirəsinin uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar