Xəbər lenti

Gəncədə Elçin Kərimovun rəhbərliyi ilə görüş keçirilib - Fotolar

Tarix: 19-11-2024 19:49     Baxış: 665

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqə və olimpiadalarda şagirdlərin iştirakı ilə bağlı görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, ümumtəhsil məktəblərinin direktorları və ötən 5 il ərzində Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müsabiqə və olimpiadalarda müvafiq yerlərə layiq görülən şagirdlərin müəllimləri iştirak ediblər. 

Görüşdə çıxış edən GDRTİ-nin müdiri Elçin Kərimov şagird nailiyyətlərinin yaxşılaşdırılması, Respublika Fənn Olimpiadaları, fənn müsabiqələri, Lütfi Zadə adına riyaziyyat və məntiq olimpiadası, "Ən yaxşı təqdimat" müsabiqəsi, Beynəlxalq STEAM Azərbaycan (SAF) və "Sabahın alimləri" Respublika layihə müsabiqəsinin tədris illəri üzrə nəticələri barədə məlumat verib. 

İdarə müdiri sözügedən müsabiqələrdə uğurlu nəticələr göstərən şagirdlərin müəllimlərinə öz təşəkkürünü bildirib. 

Görüşün davamında müsabiqə və yarışlarda şagirdlərin uğurlu nəticə əldə etməsi istiqamətində görüləcək işlərlə bağlı müzakirə həyata keçirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar