Rəşad Tağıyev Şəhid ailələri ilə görüş keçirib - Fotolar
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Beynəlxalq Tolerantlıq Günü münasibətilə rayonumuzda yaşayan və müxtəlif sahələrdə fəaliyyət göstərən azsaylı xalqların nümayəndələri ilə görüş keçirib.
Mubarizciler.az xəbər verir ki, tədbirdə çıxış edən icra başçısı ölkəmizdə bütün xalqların nümayəndələrinə dövlət səviyyəsində eyni şəraitin yaradıldığını vurğulayıb. Bildirib ki, Azərbaycanda birləşdirici dəyər olan azərbaycançılıq ideyası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu ideyanın zamanında gündəmə gətirilməsi, təbliği və tətbiqi bugünkü tolerant ölkənin təməlini qoydu. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı ölkə olmaqla yanaşı, həm də mədəniyyətlər və sivilizasiyalar arası dialoqa mühüm töhfələr verir.
İcra başçısı qeyd edib ki, bu gün ölkəmiz dünyanın ən böyük tədbirlərindən birinə ev sahibliyi edir. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bildirdi ki, Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır, eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayır. Multikulturalizm dövlət siyasətimiz və həyat tərzimizdir. Azərbaycan xalqı etnik, dini mənsubiyyətindən asılı olmayaraq, digər millətlərlə hər zaman ahəngdar şəkildə, bir ailədəki kimi yaşayır. Bu da ölkəmizdə multikultural dəyərlərə verilən qiymətin bariz nümunəsidir.
Azərbaycanın hər yerində olduğu kimi Şəmkir rayonunda da azsaylı xalqların nümayəndələrinin mehriban münasibətlər şəraitində yaşadığını və onların dilinə, mədəniyyətinə, adət-ənənələrinə hörmətlə yanaşıldığını görüş iştirakçılarının diqqətinə çatdıran Rəşad Tağıyev sonda rayonda yaşayan azsaylı xalqların nümayəndələrinin istək və təkliflərini dinləyib.
Görüşdə azsaylı xalqların nümayəndələri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirib, dövlətin bu istiqamətdə həyata keçirdiyi uğurulu siyasəti dəstəklədiklərindən də söz açıblar.
Onlar Azərbaycanı Vətənləri kimi sevdiklərini, öz fəaliyyətlərini ölkəmizin, o cümlədən Şəmkirin inkişafı istiqamətində qurduqlarını bildiriblər. Azərbaycandakı multikultural mühitdən razı olduqlarını xüsusi vurğuladılar.
Xəbəri paylaş