Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Azərbaycan Prokurorluğunun veteranının yubileyi münasibətilə tədbir keçirilib - Fotolar

Tarix: 20-11-2024 20:20     Baxış: 826

Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Həmkarlar ittifaqı komitəsinin sədri və prokurorluğun veteranı Ruslan Hacıyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə keçirilən tədbir zamanı Ruslan Hacıyevin prokurorluq orqanlarında keçdiyi xidmət illərinə nəzər salınaraq, onun qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı əldə etdiyi nailiyyətlər, həmçinin beynəlxalq əlaqələr, ekstradisiya və hüquqi yardım, daha sonra həmkarlar ittifaqı fəaliyyəti sahəsində uzunmüddətli səmərəli fəaliyyəti qeyd edilib.

Ruslan Hacıyev prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkili çəkilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar