Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyun tarixi və maddi-mədəni abidələri və turizm potensialı

Tarix: 09-02-2023 17:21     Baxış: 3 209

Goranboyun tarixi və maddi-mədəni abidələri və turizm potensialı


Goranboy rayonu Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 08 avqust 1930-cu il tarixli Qərarı ilə inzibati rayon kimi yaradılmışdır. 1938-ci ildə Goranboy rayonu Qasım İsmayılov adlandırılmış və ərazisində Şaumyan rayonu yaradılmışdır. Azərbaycan Respublikası Ali sovetinin 12 fevral 1991-ci il tarixli qərarı ilə eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilərək Şaumyan rayonu ləğv edilmiş, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılmışdır.

«Goranboy» adının haradan alınması tarixçilər tərəfindən müxtəlif cür izah olunmuşdur. Tanınmış coğrafiyaşunas yunan alimi Strabonun 17 kitabdan ibarət «Coğrafiya» əsərində adı çəkilən 26 tayfanın içərisində «ger» tayfası da var ki, bəzi tarixçilər «Goran» sözünün oradan qaynaqlandığını bildirir və «Kitabi-Dədə Qorqudda» adı çəkilən «Gor» sözü ilə eyniləşdirilir. «Gor»-burada «qədim yaşayış məskəni» mənasındadır. Goran çayı, Goran düzü, Goranlı, Goran və eləcə də Ermənistan ərazisində (Eçmiədzin və Spitak rayonlarında)  Goranlı kəndi kimi adlar qalmaqdadır. Goranboy rayonu həm də orta əsrlərin ticarət yollarının kəsişdiyi zonalardan olmuş, Şətəl (Şutur qalası) şəhərindən dayanacaq kimi  istifadə edilmişdir. III-XIII əsrlərdə Bərdə və Gəncə şəhərləri arasında alınmaz qala olmaqla, həm də Azərbaycan Atabəylər dövlətinin xəzinəsinin etibarlı saxlandığı bir yer olmuşdur.

Rayonun cənub və cənub-qərb hissəsini Murovdağ silsiləsinin şimal yamacları, şimalını Mingəçevir su anbarının sahili boyunca yerləşən Bozdağ əhatə edir. Şimalında dəniz səviyyəsindən hündürlük 50 m, cənubunda-Murovdağda ən yüksək zirvə-Camışdağda -3724 m-dir. Rayon mürəkkəb geoloji qurluşa malik olaraq əhəngdaşı, gips, gil, barit, tikinti daşı, delomit, qırmızı qum, narın qum, yodlu yeraltı suları, neft (yağ-neft) kimi faydalı qazıntılar və sərvətlərlə zəngindir. Qazanbulaq və Boluslu ərazisində müalicə əhəmiyyətli qaynar su təbii sərvət kimi istifadə olunur. Tikinti materialları ilə zəngin olan rayonda; Qazanbulaqda karbonatlı tikinti materialları yataqları, Ağcakənd zonasında gips yataqları, Qarqucaq ərazisində odadavamlı gil, geolin yataqları, Tap Qaraqoyunlu, Hacallı, Səfikürd kəndlərində çay daşı, kvars qumu kimi tikinti materialları var. Rayonun dağətəyi və dağlıq zonaları mineral bulaqlarla zəngindir. Əkinə yararlı torpaqlardan əsasən pambıqçılıq, taxıçılıq, meyvəçilik, tütünçülük və heyvandarlığın inkişafında istifadə olunur.Meşə zolaqlarının ümumi sahəsi 10 min hektara yaxındır. 1961-ci ildə rayon ərazisindəki nadir heyvan və quş növlərini qorumaq üçün, ümumi sahəsi 15000 hektar olan Korçay dövlət yasaqlığı, 2007-ci ildə isə yasaqlığın bazasında Korçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

Əhalinin 75 faizi kəndlərdə və qəsəbələrdə, 25 faizi isə şəhərdə yaşayır. Milli tərkibi əsasən, Azərbaycanlılardan olmaqla, az sayda ruslar və ukraynlar yaşayır. Əhalinin orta sıxlığı 1 kv.km-də 60 nəfərdir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı, ticarət və sənaye sahələridir.

Goranboy rayonu Bakı şəhərindən 322 km məsafədə, Azərbaycanın qərb bölgəsində yerləşməklə şimal-şərqdən Yevlax, cənub-şərqdən Tərtər, cənub-qərbdən Kəlbəcər, qərbdən Göygöl, şimal-qərbdən Samux rayonları ilə həmsərhəddir. 

Sahəsi-1700.25 kv.m, Əhalisi 106,8 min nəfər, ondan 14,4 min nəfəri şəhər əhalisidir. Bundan başqa rayon ərazisində 11943 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır. 2 şəhər, 6 qəsəbə və 79 kəndi var.  Rayonda 55 İƏD-üzrə nümayəndəlik və 47 bələdiyyə vardır.

Rayonun ümumi torpaq balansı – 170025 hektardır.

 Bundan:

- Dövlət Fond torpağı – 74031

- Bələdiyyə torpağı – 47001

- Xüsusi mülkiyyət – 48993.


Goranboy rayonunun ərazisi   turizmin inkişafı üçün geniş potensiala malikdir. Burada vaxtı ilə qeydiyyata alınmış və yeni aşkar edilmiş tarixi və maddi-mədəniyyət abidlərinə turizm marşurutunun qurulması, ekskursiyaların təşkili  məqsədəmüvafiq hesab olunur. Hal-hazırda rayonun Aşağı Ağcakənd  və Yuxarı Ağcakənd qəsəbələri   ərazilərində  bir çox turizm obyekti fəaliyyət göstərir ki, bunların da sayı hər il artmaqdadır. İl ərzində, orta hesabla rayonumuza 15-20 min nəfər  turist gəlir.  Bundan başqa yay mövsümündə Respublikanın hər yerindən rayona turistlər gələrək  fərdi yaşayış evləri kirayələyir və istirahət edirlər. Lakin rayonda turizm obyektləri kompleks şəkildə deyil, pərakəndə şəkildə fəaliyyət göstərir.   Rayon ərazisində  turizmi inkişaf etdirmək məqsədi ilə əsasən, Goranboy-Səfikürd-Qaraçinar-Meşəli-Gülüstan-AşağıAğcakənd-Yuxarı Ağcakənd-Yuxarı Ballıqaya-Buzluq-RusBorisi-Mənəşli-Todan, Goranboy-TapQaraqoyunlu və Goranboy-Rəhimli-Qazanbulaq-Gürzalılar istiqamətləri üzrə mənzərələr, meşə örtüyü, tarixi və maddi-mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunur. Bu istiqamətlərdə isə, əsasən kənd və ekoloji turizmi inkişaf etdirmək mümkündür. 

Goranboy rayonu ərazisində qeydiyyatda olan tarixi abidələr haqqında məlumat:



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar