Nicat Şirinov: Ölkələrimiz beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verirlər

Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir.
Qazaxıstan və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir. Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün böyük prioritetdir. Dövlət başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq qeyd etdi ki, biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik. Tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik.Bakı və Astananın fəal qarşılıqlı fəaliyyətinin ciddi geosiyasi əhəmiyyət daşıdığını diqqətə çatdıran dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir. Zəngəzur dəhlizinin açılması məsələsindən danışan Azərbaycan Prezidenti qeyd etdi ki, hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Azərbaycan Prezidenti ümid etdiyini bildirib ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər. Azərbaycan-Qazaxıstan münasibətlərinin uğurlu gələcəyindən xəbər verən mühüm amillərdən biri də imzalanan sənədlərdir. Hər bir sənəd əlaqələrin inkişafında yeni imkan deməkdir. Əlaqələrdə energetika sahəsinə xüsusi önəm verilir ki, bu, özünü imzalanan sənədlərdə də aydın şəkildə nümayiş etdirir. Belə ki, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin və “Samruk Kazına Azərbaycan İnvestisiya Holdinqi İnvestisiya Fondu MMC” ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında birgə investisiya mexanizminin təsis edilməsi üçün Çərçivə Sazişinin imzalanması da bunun təsdiqidir. İstər ənənəvi, istərsə də yaşıl enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün imkanlar artır. Enerji sistemlərinin inkişafına impuls olacaq daha bir layihə dərin su altında elektrik kabelinin çəkilməsidir. Bu, yaşıl enerji ixracında mövqelərimizi xeyli möhkəmləndirəcək. Azərbaycan ərazisindən xarici bazarlara Qazaxıstanın uran məhsullarının tədarükü çərçivəsində böyük iş aparılır.
Nicat Şirinov:
Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini.
Xəbəri paylaş






































0772703001 