Xəbər lenti
21-10-2025, 14:40
 

Gəncədə 4-cü siniflərdə tədris aparan ibtidai sinif müəllimlərinin iştirakı ilə görüş keçirilib Fotolar

Tarix: 27-10-2025 22:14     Baxış: 616

İbtidai sinif müəllimləri ilə 2025-2026-cı tədris ilində qarşıda duran hədəflərlə bağlı görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları, direktor müavinləri, ötən və cari tədris ilində 4-cü siniflərdə tədris aparan ibtidai sinif müəllimlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdir müavini Elmin Məmmədtağıyev və Gəncə şəhəri üzrə təhsil sektorunun müdiri Nərgiz Həsənova 2024-2025-ci tədris ilində aparılmış monitorinq qiymətləndirmələrinin nəticələri barədə təhlilləri təqdim edib, nəticələr əsasında formalaşan tədris göstəriciləri və müəllim fəaliyyətindəki müsbət və inkişaf etdirilməli tərəflər müzakirə olunub. Görüşdə həmçinin ümumi təhsil müəssisələrində keçirilən 4-cü siniflər üçün diaqnostik qiymətləndirmənin nəticələri barədə də təhlillər təqdim edilib. Cari tədris ili üçün müəyyənləşdirilmiş hədəflər, tədrisin keyfiyyətinin artırılması istiqamətində nəzərdə tutulan tədbirlər və müəllimlərin peşəkar inkişafı ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, bu cür görüşlərin təşkili təhsil prosesinin daha səmərəli təşkili, şagird nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin metodiki dəstək alması baxımından mühüm əhəmiyyət kəsb edir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar