Eyvaz Hüseynovun 320 ailəlik Xocavənd qəsəbəsi sakinləri ilə görüşüb Fotolar

Xocavənd rayonunda əhalinin mövcud problemlərinin yerində öyrənilərək operativ həlli məqsədilə 23 oktyabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun 320 ailəlik Xocavənd qəsəbəsi sakinləri ilə səyyar qəbulu təşkil olunub.
Mubarizciler.az xəbər verir ki, Qəbulda RİH başçısıyla birgə RİH başçısının müavinləri və aparatın şöbə müdirləri, xidmət təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Əvvəlcə Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov görüş iştirakçılarını salamlayaraq qeyd etdi ki, vətəndaşların qəbulu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirilir və əsas məqsəd insanların problemlərini dinləmək və operativ şəkildə həll etməkdir.
Sonra RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə ətraflı məlumat verdi. Natiq bildirdi ki, ölkəmizin nüfuzu dünyada günü-gündən artır. Qeyd edildi ki, Prezident İlham Əliyevin dünyada gedən geosiyasi və geoiqtisadi proseslərə böyük uzaqgörənliklə yanaşması, hadisələri düzgün qiymətləndirmək qabiliyyəti həyata keçirilən xarici siyasətin uğurlarını şərtləndirən əsas faktorlardan biridir. Qeyd edildi ki, ölkəmiz Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Ard-arda dövlət başçımızın xaricə səfərləri, səfərlər çərçivəsində imzalanan sazişlər, ölkəmizə gələn xarici qonaqlar və baş tutan nüfuzlu beynəlxalq konfranslar bunun bariz nümunəsidir. Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən mənzil şəraitinin yaxşılaşdırılması, abadlıq-quruculuq işləri və s. məsələlər ilə bağlı müraciət etdilər. Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Xəbəri paylaş






































0772703001 