Xızıda polis məktəblilərlə görüşüb Fotolar

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Yeni Yaşma kənd tam orta məktəbində keçirilən tədbirdə polis əməkdaşları, məktəbin pedaqoji heyəti, eləcə də yuxarı sinif şagirdləri iştirak ediblər.
Mubarizciler.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, Tədbirdə “Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən RPŞ-nin cinayət axtarış bölməsinin rəisi polis mayoru Orxan Eyvazlı narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkomaniyanın cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb. O, həmçinin şagirdləri erkən nikahın fəsadları barədə də maarifləndirib. Çıxış edən RPŞ-nin digər əməkdaşı, polis polkovnik-leytenantı Oktay Ağacanov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.
Yekunda mövzular ətrafında məktəblilərin sualları cavablandırılıb.

Xəbəri paylaş






































0772703001 