Xəbər lenti
21-10-2025, 14:40
 

İcra Başçısı şəhid ailəsinin ziyarət edib Fotolar

Tarix: 27-10-2025 14:36     Baxış: 2 926

İcra Başçısı Bağçakürd kəndində şəhid ailəsini evlərində ziyarət etdi, ailənin sosial qayğıları ilə maraqlandı.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Bağçakürd kəndində Vətən Müharibəsi şəhidimiz Quliyev Aqşin Mehdi oğlunun ailəsini evlərində ziyarət etdi, şəhid ailəsinin sosial qayğıları ilə maraqlandı.

Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığını ifadə edib.

Aqşin Quliyev 1992-ci il iyunun 9-da Goranboy şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Aqşin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aqşin Quliyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Aqşin Quliyev ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar